Xəzər Xəbər

“Sabah” “Beşiktaş”la oyunla bağlı açıqlama yayıb TƏQVİM

İdman | 17:55 • 2 May 2023
“Sabah” “Beşiktaş”la oyunla bağlı açıqlama yayıb

“Sabah” Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək yoxlama oyunu ilə bağlı açıqlama yayıb.

Xezerxeber.az xəbər verir ki, Bakı təmsilçisi sosial şəbəkə vasitəsilə istanbulluları qəbul edəcəyi üçün sevincli olduğunu paylaşıb.

“Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”, - deyə paylaşımda yazılıb.

Mayın 13-də baş tutacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşmanın saat neçədə başlayacağı hələlik dəqiqləşməyib.

Xəbər lenti