Xəzər Xəbər

İspaniya millisi 17 ildən sonra antirekordunu təkrarlayıb

İdman | 13:52 • 29 Mart 2023
İspaniya millisi 17 ildən sonra antirekordunu təkrarlayıb

Futbol üzrə İspaniya milli komandası 17 ildən sonra ilk dəfə Avropa çempionatının seçmə mərhələ oyununda qol vura bilməyib. Bu, “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində baş tutan Şotlandiya ilə səfər matçında qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, Qlazqoda keçirilən görüşdə Şotlandiya seçməsi 2:0 hesablı qələbə qazanıb. İspaniya bunadək keçirdikləri 38 matçın hamısında fərqlənməyi bacarmışdı.

İspaniya milli komandası sonuncu dəfə 2006-cı ildə İsveçlə (0:2) qarşılaşmada rəqib qapısına yol tapa bilməmişdi. Ondan sonrakı 38 matçda İspaniya yığması bütövlükdə 100 qol vurub.

Luis Enrikenin rəhbərlik etdiyi komanda həm də 2016-cı ildən bəri ilk dəfə ən azı iki top fərqi ilə uduzub. İspanlar sonuncu dəfə “Avro-2016”da İtaliyaya 0:2 hesabı ilə məğlub olmuşdular.

Xəbər lenti