Xəzər Xəbər

Bu kanal “Qarabağ” - “Qalatasaray” oyununu canlı yayımlayacaq

İdman | 13:24 • 23 Mart 2023
Bu kanal “Qarabağ” - “Qalatasaray” oyununu canlı yayımlayacaq

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.

Xezerxeber.az-ın məlumatına görə, futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti