Xəzər Xəbər

Latviya–İsrail matçı azərbaycanlı hakimə həvalə olunub

İdman | 13:00 • 22 Mart 2023
Latviya–İsrail matçı azərbaycanlı hakimə həvalə olunub

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Xezerxeber.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda altıncı qrupun üçüncü turunda Latviya-İsrail matçını idarə edəcək.

E.Məsiyevə Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində kömək göstərəcəklər.

Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xəbər lenti