Xəzər Xəbər

“Qarabağ” və “Qalatasaray” oyununun hakimləri müəyyənləşib

İdman | 11:15 • 19 Mart 2023
“Qarabağ” və “Qalatasaray” oyununun hakimləri müəyyənləşib

Martın 26-da Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandası arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

AFFA-dan Xezerxeber.az-a bildirilib ki, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun var hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.

Xəbər lenti