Xəzər Xəbər

“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırıb

İdman | 03:10 • 24 Fevral 2023
“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırıb

Ağdamın “Qarabağ” klubu ilə Belçikanın “Gent” klubu arasında oyun keçirilib.

Xezerxeber.az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Gent”-“Qarabağ” matçını əsas vaxtı 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

ilk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb.

Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.

Beləliklə, Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

 

Xəbər lenti