Xəzər Xəbər

Tanınmış futbolçu Türkiyədə baş vermiş zəlzələdə həlak olub

İdman | 11:24 • 18 Fevral 2023
Tanınmış futbolçu Türkiyədə baş vermiş zəlzələdə həlak olub

Türkiyənin “Hatayspor” klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.

Xezerxeber.az “CNN Türk”ə istinadla xəbər verir ki, 31 yaşlı vingerin cəsədi dağıntılar altından çıxarılıb.

Daha əvvəl "Hatayspor"un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ zamanı həlak olub.

Qeyd edək ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi", "Everton" və "Nyukasl" kimi klublarında da çıxış edib.

Xəbər lenti