Xəzər Xəbər

Güləşçimiz Əliabbas Rzazadə beynəlxalq turnirdə qızıl medal qazanıb

İdman | 09:21 • 2 Fevral 2023
Güləşçimiz Əliabbas Rzazadə beynəlxalq turnirdə qızıl medal qazanıb

Sərbəst güləşçimiz Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində birinci olub.

Xezerxeber.az xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ə.Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Finalda yaponiyalı Yuto Nişuçi üzərində qələbəyə sevinən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, "Zaqreb Open"nə fevralın 5-də yekun vurulacaq.

Xəbər lenti