Xəzər Xəbər

Azərbaycanın iki boksçusu Millətlər kubokunda qızıl medal qazanıb

İdman | 12:25 • 22 Yanvar 2023
Azərbaycanın iki boksçusu Millətlər kubokunda qızıl medal qazanıb

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku davam edir. Yarışın beşinci günündə final döyüşlərinə start verilib.

Azərbaycan Boks Federasiyasından XEzerxebr.az-a bildirilib ki, həlledici görüşlərdə ilk olaraq Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. Yeniyetmə boksçuların mübarizəsində yarımfinalda macarıstanlı Patrisiya Petrimanı məğlub edən Banuçiçək Nəsirli (46 kq) növbəti görüşündə onun həmyerlisi Roksana Talpasla üz-üzə gəlib. Finalda rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edən təmsilçimiz qızıl medala yiyələnib.

Nəsirlinin uğurunu Emili Rzayeva da təkrarlayıb. Gənclərin yarışında 66 kq çəkidə rinqə çıxan Avropa çempionu serbiyalı Anastasiya Boskoviçdən güclü olub. O, 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb.

Nəticədə milli komandamızın qazandığı mükafatların sayı 8-ə çatıb. Nəsirli ilə Rzayevadan öncə məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokunun sonuncu günündə daha 3 boksçumuz final qarşılaşmasına çıxacaq. Gənclərdə Lalə Mədətova (48 kq) rumıniyalı Mihaela Badesku ilə, Aynur Mikayılova (52 kq) serbiyalı Draqana Yovanoviçlə, böyüklərdə Şəhla Allahverdiyeva ingiltərəli Dion Burmanla üz-üzə gələcək.

Rubrikanın digər xəbərləri

Ukraynadan ilk qələbə
Ukraynadan ilk qələbə AVRO-2024
19:26 • 21 İyun 2024
İspaniya 1/8 finalada
İspaniya 1/8 finalada Avro-2024
01:37 • 21 İyun 2024
Sloveniya - Serbiya matçında qalib olmadı
Sloveniya - Serbiya matçında qalib olmadı AVRO-2024
19:35 • 20 İyun 2024
Azərbaycan millisi FIFA reytinqində
Azərbaycan millisi FIFA reytinqində neçəncidir?
12:00 • 20 İyun 2024
Almaniyadan növbəti qələbə
Almaniyadan növbəti qələbə AVRO-2024
22:59 • 19 İyun 2024
Xorvatiya - Albaniya oyununda SÜLH
Xorvatiya - Albaniya oyununda SÜLH AVRO-2024
18:42 • 19 İyun 2024

Xəbər lenti