Xəzər Xəbər

Lionel Skaloni ötən ilin ən yaxşı baş məşqçisi seçilib

İdman | 10:29 • 9 Yanvar 2023
Lionel Skaloni ötən ilin ən yaxşı baş məşqçisi seçilib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ilin ən yaxşı baş məşqçisini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu ada futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni layiq görülüb.

Mütəxəssis 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yeri Fransa yığmasının baş məşqçisi Didye Deşam (45 xal) tutub. İlk üçlüyü 30 xalla Mərakeş seçməsinin çalışdırıcısı Valid Reqraqi tamamlayıb. Bununla tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk üçlükdə yer alıb.

Qeyd edək ki, Lionel Skaloni ötən il Argentina yığmasına dünya çempionluğunu qazandırıb.

Xəbər lenti

Rusiyanın əhalisi azalıb
17:14 • 1 Fevral 2023