Xəzər Xəbər

Həbib Nurməhəmmədov MMA-dan gedib

İdman | 10:11 • 8 Yanvar 2023
Həbib Nurməhəmmədov MMA-dan gedib

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov MMA-dan (qarışıq döyüş növləri) gedib.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, o, artıq məşq keçməyəcək və təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq.

Bildirilib ki, idmançı bu addımı daha çox ailəsi ilə vaxt keçirmək üçün atıb.

Qeyd edək ki, 34 yaşlı Nurməhəmmədov 2020-ci ilin oktyabrında UFC-dən ayrılıb. Ümumilikdə, qarışıq döyüş növləri üzrə onun 29 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

Xəbər lenti