Xəzər Xəbər

Entso Fernandes İngiltərə klubuna keçməyə yaxındır - FANTASTİK RƏQƏM

“Çelsi” dünya çempionu üçün “Benfika”ya 85 milyon avro təklif edib
İdman | 13:39 • 5 Yanvar 2023
Entso Fernandes İngiltərə klubuna keçməyə yaxındır - FANTASTİK RƏQƏM

“Benfika” klubunun yarımmüdafiəçisi Entso Fernandes İngiltərə klubuna keçməyə yaxındır.

Xezerxeber.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano öz tviter hesabında yazıb.

Qeyd olunub ki, “Çelsi” klubu 2022-ci il dünya çempionatının əsas ulduzlarından biri Fernandes üçün 85 milyon avro təklif edib.

Daha əvvəl Avropa mətbuatı London təmsilçisinin futbolçu üçün 120 və ya 127 milyon avro ödəməyə hazır olduğunu qeyd etmişdi. Ancaq “Çelsi” rəsmiləri bu rəqəmləri təkzib edib.

Argentinalı yarımmüdafiəçinin “Çelsi”yə keçidi ilə bağlı tərəflər hələlik yekun razılığa gələ bilməyiblər.

Fernandes 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının ən yaxşı gənc futbolçusu seçilib. Mundialda 7 oyunda forma geyinən futbolçu 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Qeyd edək ki, futbolçu ilə “Real Madrid” və “Liverpul” klubları da maraqlanır.

Xəbər lenti