Xəzər Xəbər

Kadinin “Krasnodar”da maaşı bəlli oldu

O, 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq
İdman | 11:39 • 5 Yanvar 2023
Kadinin “Krasnodar”da maaşı bəlli oldu

Rusiyanın “Krasnodar” klubunun “Qarabağ”dan transfer etdiyi Kadi Borgesin alacağı məvacib bəlli olub.

Xezerxeber.az xəbər verir ki, “Report”un “vedomosti.ru”ya istinadən məlumatına görə, braziliyalı futbolçunun yeni komandasında illik maaşı 2 milyon avro təşkil edəcək.

26 yaşlı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Qarabağ”ın bu transferdən 5 milyon avroluq gəlir götürməsi gözlənilir.

Qeyd edək ki, Kadi Borges bu mövsümün ilk yarısında “Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.

Xəbər lenti