Xəzər Xəbər

DÇ-2022-də qalmaqal: futbolçu FİFA direktorunu vurdu

İdman | 10:38 • 3 Dekabr 2022
DÇ-2022-də qalmaqal: futbolçu FİFA direktorunu vurdu

DÇ-2022-də qalmaqal qeydə alınıb.

Xezerxeber.az-ın Apasport.az saytına istinadən məlumatına görə, xoşagəlməz hadisə Uruqvayla Qana arasında matçdan sonra yaşanıb. 

Cənubi amerikalıların müdafiəçisi Xose Ximenes final fitindən sonra hakim Daniel Zibertə yaxınlaşmaq istəyib. O, qarşısına çıxan FİFA direktoru Kolina Smitrin başına dirsək zərbəsi vurub. Sonra hər ikisinin ünvanına təhqirlər yağdıran uruqvaylı onları oğru adlandırıb. Ximenesi cərimə və ağır diskvalifikasiya gözləyir.

Qeyd edək ki, 2:0 hesabı ilə qalib gələn Uruqvay qrupda qalıb.

Xəbər lenti