Xəzər Xəbər

Qaret Beyl yeni rekorda imza atıb

İdman | 17:52 • 25 Noyabr 2022
Qaret Beyl yeni rekorda imza atıb

Futbol üzrə Uels millisinin kapitanı Qaret Beyl yeni rekorda imza atıb.

Xezerxeber.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi dünya çempionatının ikinci turunda İranla keçirilən oyunda start heyətdə meydana çıxıb. Bu, onun millidəki 110-cu matçı olub.

Beləliklə, Beyl milli komandada ən çox oyun keçirən futbolçu olub. O, komanda yoldaşı - hazırda ehtiyatda olan Kris Qanteri (109) geridə qoyub.

Qeyd edək ki, ABŞ-ın “Los-Anceles” klubunda çıxış edən futbolçu Uels millisində 41 qol vurub.

Xəbər lenti