Xəzər Xəbər

Messi Argentina millisinin tarixinə düşüb

İdman | 08:58 • 23 Noyabr 2022
Messi Argentina millisinin tarixinə düşüb

Lionel Messi Argentina millisinin tarixinə düşüb.

Xezerxeber.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə matçda fərqlənməklə nail olub.

Forvard Argentina yığmasının heyətində 4 mundialda (2006-cı, 2014-cü, 2018-ci və 2022-ci) qol vuran ilk oyunçu adına sahib çıxıb.

Messi Dieqo Maradona (1982-ci, 1986-cı, 1994-cü) və Qabriel Batistutanın (1994-cü, 1998-ci və 2002-ci) rekordunu geridə qoyub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması ilə oyunda Argentina millisi 1:2 hesabı ilə məğlub olub.

Xəbər lenti

Çox oxunanlar