Xəzər Xəbər

Bu gün daha iki qrupda mübarizəyə start veriləcək

İdman | 09:59 • 22 Noyabr 2022
Bu gün daha iki qrupda mübarizəyə start veriləcək

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha iki qrupda mübarizəyə start veriləcək.

Xezerxeber.az xəbər verir ki, günün ilk oyunu C qrupunda baş tutacaq.

Çempionatın favoritlərindən hesab olunan Argentina yığması Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Bu qrupun digər oyunu Meksika ilə Polşa arasında olacaq.

D qrupunda isə Danimarka Tunis, Fransa Avstraliya ilə qarşılaşacaqlar.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq. Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ev sahibliyi edir.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər lenti