Xəzər Xəbər

Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirəcək

İdman | 14:10 • 20 Noyabr 2022
Azərbaycan millisi  növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Xezerxeber.az xəbər verir ki, komandamız səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Skopyedəki Todor Proeski Milli Arenasında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ardıcıl 4 oyundur qələbə qazanan Azərbaycan millisi yoldaşlıq matçında son olaraq, səfərdə Moldova seçməsini 2:1 hesabı ilə məğlub edib.

Xəbər lenti