Xəzər Xəbər

Hokkey üzrə dünya kuboku yarışları təxirə salınıb

İdman | 09:58 • 12 Noyabr 2022
Hokkey üzrə dünya kuboku yarışları təxirə salınıb

2024-cü ilin fevralında keçirilməsi planlaşdırılan hokkey üzrə dünya kuboku yarışları təxirə salınıb. Turnirin 2025-ci ildə keçirilməsi planlaşdırılır.

Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, bu barədə Milli Hokkey Liqasının mətbuat xidməti məlumat yayıb.

"Təəssüf ki, hazırkı şəraitdə, hokkey üzrə dünya kuboku yarışlarını təşkil etmək mümkün deyil. Biz növbəti dünya çempionatını 2025-ci ilin fevralında keçirməyi planlaşdırırıq”, - deyə məlumatda bildirilir.

Yarışın təxirə salınmasına səbəb digər ölkə yığmalarının Rusiya millisi ilə qarşılaşmaq istəməməsidir. Onlar Ukraynadakı müharibəyə görə rusiyalı hokkeyçilərin yarışda iştirakına qarşı çıxıblar.

Bundan əvvəl isə Beynəlxalq Hokkey Federasiyası (IIHF) öz bayrağı altında keçirilən turnirlərdə Rusiya yığmasının iştirakına qadağa qoyub.

Xəbər lenti