Xəzər Xəbər

Kevin Medinanın zədəsi tam sağalıb

İdman | 14:42 • 1 Oktyabr 2022
Kevin Medinanın zədəsi tam sağalıb

Ağdamın “Qarabağ” klubu vacib oyun ərəfəsində Kevin Medinadan xoş xəbər alıb.

Xezerxeber.az xəbər verir ki, kolumbiyalı futbolçunun zədəsi tam sağalıb.

Medinanın bu gün oynayıb-oynamaması baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq. Digər zədəli müdafiəçilər – Maksim Medvedev və Rahil Məmmədovun durumu isə qeyri-müəyyəndir.

Bu gün Azərbaycan Premyer Liqasının səkkizinci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:00-da start götürəcək.

Xəbər lenti