Xəzər Xəbər

Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

İdman | 19:23 • 29 Sentyabr 2022
Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldunun anası Doloreş Aveyru oğlunun karyerasını başa vuracağı tarixi açıqlayıb.

"Report"un məlumatına görə, o, IG nəşrinə açıqlamasında portuqaliyalı hücumçunun 40 yaşınadək peşəkar səviyyədə oynayacağını söyləyib.

Aveyru bildirib ki, təcrübəli forvardın özü də bunu arzulayır: "Məncə, belə də olmalıdır. Onun böyük istəyi və həvəsi var".

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm "Mançester Yunayted"də cəmi 8 oyun keçirib və 1 qol vurub.

Xəbər lenti