Xəzər Xəbər

Bu qapıçı tarixi nailiyyətə imza atdı

İdman | 13:56 • 28 Sentyabr 2022
Bu qapıçı tarixi nailiyyətə imza atdı

İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb.

Xezerxeber.az xəbər verir ki, futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunun oyununda müvəffəq olub.

Matçın 61-ci dəqiqəsində penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.

Təcrübəli oyunçu 2020-ci ilin noyabrından penaltilərin qolla nəticələnməsinə imkan verməyib.

Xəbər lenti