Xəzər Xəbər

Azərbaycan millisi Qazaxıstan yığmasını məğlub etdi

Azərbaycan qrup ikincisi oldu
İdman | 21:55 • 25 Sentyabr 2022
Azərbaycan millisi Qazaxıstan yığmasını məğlub etdi

Bu gün Azərbaycan - Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oyun keçirilib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununda qələbə qazanıb. Millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını 3:0 hesabı ilə məğlub edib.  

Millimizin heyətində Filip Ozobiç və Anatoli Nuriyev fərqləniblər. Digər qola Qazaxıstan futbolçusu Aleksandr Maroçkin avtoqolla imza atıb.

On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 10 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər lenti