Xəzər Xəbər

“Barselona” klubu formasını dəyişir

İdman | 17:45 • 19 Sentyabr 2022
“Barselona” klubu formasını dəyişir

İspaniyanın “Barselona” futbol klubu növbəti mövsüm üçün gözlənilməz forma rəngi seçib.

Xezerxeber.az xəbər verir ki, Kataloniya klubunun 2023-2024-cü il mövsümü üçün səfər forması ağ rəngdə olacaq.

Klubun prezidenti Joan Laporta və İdarə Heyətinin üzvləri artıq bunu təsdiqləyiblər.

Bundan əlavə, formada 70-ci illərin klub embleminə bənzər retro emblem də yer alacaq.

“Barselona” sonuncu dəfə 1977-1978-ci il mövsümündə ağ formada çıxış edib.

Xəbər lenti