Xəzər Xəbər

Azərbaycan çempionatları tarixində 38-ci poker qeydə alınıb

İdman | 17:13 • 19 Sentyabr 2022
Azərbaycan çempionatları tarixində 38-ci poker qeydə alınıb

Azərbaycan çempionatları tarixində 38-ci poker qeydə alınıb. Bu, Azərbaycan Premyer Liqasının yeddinci turuna təsadüf edib.

Xezerxeber.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Musa Qurbanlı “Zirə” – “Qarabağ” qarşılaşmasında (1:7) meydan sahiblərinin qapısına 4 qol vurub.

Bu təkcə cari deyil, son 8 mövsümün ilk pokeridir. Bir oyunda 4 qol vuran sonuncu futbolçu Freddi Mombonqo olub. AZAL-ın futbolçusu 2014/2015-ci il mövsümündə fərqlənib. O, 2676 gün öncə - 2015-ci il mayın 22-də “Simurq”la qarşılaşmada (5:0) 4 qol vurub.

Xəbər lenti