Xəzər Xəbər

Messidən tarixi qol - Ronaldonun rekordunu qırdı

İdman | 09:50 • 19 Sentyabr 2022
Messidən tarixi qol - Ronaldonun rekordunu qırdı

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldonun rekordunu qırıb.

XəzərXəbər xəbər verir ki, Messi buna "Lion"u səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Liqa 1-in VIII turunda nail olub.

Ulduz futbolçu karyerasında penaltilər istisna olmaqla 672-ci dəfə fərqlənərək 671 dəfə rəqib qapılarına yol tapan Ronaldonu geridə qoyub.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Hücumçunun klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

Xəbər lenti