Xəzər Xəbər

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər

İdman | 13:00 • 18 Sentyabr 2022
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər

"İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər".

Xezerxeber.az-ın məlumatına görə, bunu Fransanın "Nant" komandasının futbolçusu Samuel Mutussami "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı barədə klubun rəsmi saytına müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi ikinci yarıda rəqibdən daha zəif oynadıqlarını etiraf edib: "Oyunun intensivliyinə görə "Qarabağ" daha cəlbedici idi".

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək. (Report)

Xəbər lenti