Xəzər Xəbər

Azərbaycan millisi Avstriya ilə qarşılaşacaq

İdman | 11:15 • 18 Sentyabr 2022
Azərbaycan millisi Avstriya ilə qarşılaşacaq

Çexiyanın paytaxtı Praqada təşkil olunan gənc cüdoçular arasında Avropa çempionatında bu gün qarışıq komanda yarışı keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan yığması mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Millimizin ilk rəqibi Avstriya yığması olacaq. Görüşün qalibi dörddəbir finalda Gürcüstan millisi ilə qarşılaşacaq.

Komanda yarışında ümumilikdə 12 komanda iştirak edəcək.

Qeyd edək ki, cüdoçularımız fərdi yarışlarda 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerə çıxıblar.

Xəbər lenti