Xəzər Xəbər

Azərbaycan millisinin hücumçusu koronavirusa yoluxub

İdman | 11:35 • 20 Avqust 2022
Azərbaycan millisinin hücumçusu koronavirusa yoluxub
Azərbaycan millisinin və İsveçrə "Qrasshopper"inin futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.
 
Səfərdə "Sion"la 2:2 hesablı heç-heçə etdikləri V tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.
 
Bir həftəlik karantin müddətini başa vuran forvard komandaya qoşulub. Futbolçunun İsveçrə Kubokunda bu gün "Vettsvil-Bonştetten"ə qarşı matçda meydana çıxacağı gözlənilir.
 
Qeyd edək ki, Renat Dadaşov hazırda 3 qolla "Qrasshopper"in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.
 
 

Xəbər lenti