Xəzər Xəbər

PSJ-yə dietoloq gətirildi: Futbolçulara kola və soyuq çay qadağan olundu

İdman | 17:58 • 18 Avqust 2022
PSJ-yə dietoloq gətirildi: Futbolçulara kola və soyuq çay qadağan olundu

PSJ dietoloqu işə götürüb.

Xezerxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu qərarı Paris klubunun futbol məsələləri üzrə müşaviri Luiş Kampuş verib. Diyetoloq vəzifəsinə peşəsini sonradan dəyişən keçmiş ispaniyalı futbolçu cəlb edilib.

Yeni dietoloqun ilk qərarı futbolçuların pəhrizindən kola və buzlu çayın çıxarılması olub.

Qeyd edək ki, "Coca-Cola" 22 ildir PSJ-nin tərəfdaşıdır. Ötən il tərəfdaşlıq müqaviləsi 2024-cü ilə qədər uzadılıb.

 

Xəbər lenti