Xəzər Xəbər

Qurban Qurbanov: Azarkeşləri yaxşı oyunla sevindirmək istəyirik

İdman | 12:37 • 16 Avqust 2022
Qurban Qurbanov: Azarkeşləri yaxşı oyunla sevindirmək istəyirik

Azarkeşləri yaxşı mübarizə və oyunla sevindirmək istəyirik. Bu matça maraq da çoxdur. Fanatlarımızın inamını qoruyub saxlamaq istəyirik. İnanıram ki, göstərdiyimiz mübarizə ilə tərəfdarları razı sala biləcəyik.

Xezerxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında bildirib.

O qeyd edib ki, indiyədək fərqli rəqiblərlə mübarizə aparıblar: “Çexiya futbolunun oyun nizam-intizamı ilə seçildiyini qeyd etməliyəm. İndiyədək fərqli rəqiblərə qarşı oynamışıq. Hazırkı rəqibimiz də digərlərindən tam fərqlənir. Bu, qruplara düşmək üçün son sınağımızdır”.

Qeyd edək ki, qarşılaşma avqustun 17-də saat 20:45-də start götürəcək.

Xəbər lenti