Xəzər Xəbər

"Qarabağ" - "Viktoriya" oyununun hakimləri açıqlanıb

İdman | 12:26 • 15 Avqust 2022
"Qarabağ" - "Viktoriya" oyununun hakimləri açıqlanıb

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

Xezerxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçicə Tomaz Klancnik və Andraj Kovacic laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Nejc Kajtazovic və Jure Praprotnik olacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

 

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022