Xəzər Xəbər

“Qarabağ” - “Viktoriya” matçına 15 min bilet satılıb

İdman | 22:45 • 14 Avqust 2022
“Qarabağ” - “Viktoriya” matçına 15 min bilet satılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) matçına bilet satışı davam edir.

Xezerxeber.az xəbər verir ki, ilk gündə 15 min bilet satılıb. 

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, bu gün “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşmişdir. Buna səbəb biletin satışını təşkil edən "iticket" saytının çökməsi olmuşdur.

Xəbər lenti