Xəzər Xəbər

Gözlənilməz qərar: Ulduz futbolçu müqaviləsini ləğv etdi

İdman | 15:45 • 13 Avqust 2022
Gözlənilməz qərar: Ulduz futbolçu müqaviləsini ləğv etdi

Braziliyanın "Korintians" klubu gözlənilmədən Villianla müqaviləsini vaxtından əvvəl ləğv edib.

İnformasiya "Globo Esporte" nəşrinə məxsusdur.

Məlumatda bildirilir ki, Braziliya millisinin 34 yaşlı sabiq yarımmüdafiəçisinin azarkeşlər tərəfindən təhdid olunduğu üçün bu qərar qəbul edilib. 

"Braziliyaya hədə-qorxu ilə üzləşmək üçün gəlməmişəm. Hər dəfə "Korintians" uduzanda və oyunum alınmayanda ailəm sosial şəbəkələrdə təhdid və söyüşlərlə üzləşir. Həyat yoldaşıma, qızlarıma, bir müddət sonra isə atam və bacıma hücum etməyə başladılar", - deyə Villian açıqlamasında bildirib.

Qeyd edək ki, Villian daha əvvəl İngiltərədə "Çelsi" və "Arsenal" klublarının formasını geyinib./fanat.az

Xəbər lenti