Xəzər Xəbər

"Qarabağ"ın oyunçularından möhtəşəm nəticə: İlk üçlükdə yer aldılar

İdman | 15:15 • 10 Avqust 2022
"Qarabağ"ın oyunçularından möhtəşəm nəticə: İlk üçlükdə yer aldılar

Bu mövsüm Çempionlar Liqasının ən çox qol vuran oyunçuları arasında "Qarabağ"ın iki oyunçusu ilk üçlükdə yer alıb.

 

XəzərXəbər xəbər verir ki, "köhlən atlar"ın braziliyalı oyunçusu Kadi Borges oynadığı 5 oyunda 4 qol vuraraq siyahıda ikinci yerdə qərarlaşıb. Həmçinin Borges ÇL-də 3 assistə imza atıb. Bununla da assist siyahısında Kadi liderdir.

Seneqallı oyunçu İbrahima Vadji isə qol siyahısında 3-cü yerdədir. Belə ki, o, Çempionlar Liqasında çıxış etdiyi 6 oyunda 4 qol vurub.

Qeyd edək ki, "Bodo Qlimt"in (Norveç) oyunçusu Viktor Boniface 4 oyunda 5 qola imza ataraq siyahıda liderdir.

Xəbər lenti