Xəzər Xəbər

Final: Avropanın ən güclüsü kim olacaq?

İdman | 15:01 • 10 Avqust 2022
Final: Avropanın ən güclüsü kim olacaq?

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Superkuboku uğrunda oyun keçiriləcək.

XəzərXəbər xəbər verir ki, finalda Çempionlar Liqasının son qalibi "Real Madrid"lə Avropa Liqasının ən güclüsü "Ayntraxt Frankfurt" üz-üzə gələcək. 

 

İspaniya və Almaniya komandaları Helsinki Olimpiya Stadionunda qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

UEFA bu qarşılaşmada ilk dəfə Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edəcək. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyəcək.

Bunadək 7 dəfə Superkubok matçına çıxan "Real Madrid" bunların 4-də qələbə qazanıb. "Ayntraxt" isə ilk dəfə belə bir qarşılaşmada iştirak edəcək.

Qeyd edək ki, indiyədək bu titula ən çox İspaniya "Barselona"sı ilə İtaliya "Milan"ı yiyələnib. Hər iki komanda 5 dəfə qələbə sevinci yaşayıb.

UEFA Superkuboku

10 avqust

23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Xəbər lenti