Xəzər Xəbər

Günün transfer xəbərləri: Morata "Mançester Yunayted" yolunda

İdman | 13:23 • 10 Avqust 2022
Günün transfer xəbərləri: Morata "Mançester Yunayted" yolunda

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

İnsayder Jerar Romero: "Barselona"nın prezidenti Laporta təkcə Frenki de Yonqu saxlamaq yox, Bernardo Silvanı da transfer etmək niyyətindədir".

İnsayder Canluka Di Martsiodan xəbərlər: 

“Napoli” bazarda çox fəaldır. Covanni Simeone və Cakomo Raspadori ilə bağlı danışıqları davam etdirən klub eyni zamanda yarımmüdafiə xəttini də gücləndirməyi düşünür. Neapollular "Tottenhem"dən Tanquy Ndombele ilə maraqlanır".

"Napoli" "Sassuolo"ya hücumçu Cakomo Raspadori üçün 30 milyon avro + 5 milyon avro bonus təklif edib".

"Nitsa" "İnter"in yarımmüdafiəçisi Çezare Kazadeyini almaq üçün "Çelsi" ilə mübarizəyə qoşulub". 

"Canal+" telekanalı: "Olimpik Marsel" müqavilənin şərtləri ilə bağlı Aleksis Sançeslə razılaşdıqlarını açıqlayıb. Futbolçu artıq Fransaya gəlib. Sabah o, tibbi müayinədən keçəcək və daha sonra klubla 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq".

"Sky Sports" saytı: "Vest Hem" PSJ-nin müdafiəçisi Tilo Kerer üçün rəsmi təklif göndərib".

"Sport.es" saytı: "Atletiko Madrid"in hücumçusu Alvaro Morata "Mançester Yunayted"ə keçə bilər".

Xəbər lenti

Çox oxunanlar