Xəzər Xəbər

“Qarabağ”ın matçı təxirə salınacaq? - Qurban Qurbanov AÇIQLADI

İdman | 12:39 • 10 Avqust 2022
“Qarabağ”ın matçı təxirə salınacaq? - Qurban Qurbanov AÇIQLADI

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında II turun “Sumqayıt”la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək”. 

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. 

O bildirib ki, UEFA Çempionlar Liqasında Çexiyanın “Viktoriya” (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur. 

“Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq”, - deyə Qurbanov əlavə edib. 

Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la oyununu avqustun 13-də “Kapital Bank Arena”da keçirəcək. Matç saat 18:20-də başlanacaq.

“Viktoriya” ilə qarşılaşmalar isə 16 avqustda evdə, 23 avqustda səfərdə olacaq.(report)

Xəbər lenti