Xəzər Xəbər

Türkiyə klubu Memfis Depayı transfer edir

İdman | 22:45 • 9 Avqust 2022
Türkiyə klubu Memfis Depayı transfer edir

Türkiyənin "Qalatasaray" klubu sıralarını ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

İspaniyanın nüfuzlu "AS" nəşri xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın hücumçusu Memfis Depayı transfer etmək niyyətindədir.

"Sarı-qırmızılılar" artıq 28 yaşlı niderlandlı forvard üçün qarşı tərəflə danışıqlara start verib.

Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin gələcək planlarında yer almayan Depayın komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, adıçəkilən oyunçu 2021-ci ildə Fransa "Lion"undan "Barselona"ya transfer edilib./ Offsideplus.az 

Xəbər lenti

Çox oxunanlar