Xəzər Xəbər

UEFA “Ferentsvaroş”u cəzalandırdı

İdman | 11:55 • 6 Avqust 2022
UEFA “Ferentsvaroş”u cəzalandırdı

UEFA Macarıstanın “Ferentsvaroş” klubunu Çempionlar Liqasının təsnifat mərhələsində “Slovan”la görüşdə azarkeşlərin davranışına görə cərimələyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Belə ki, “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi azarkeşlər tərəfindən irqçilik nümayiş etdirildiyinə, həmçinin pirotexniki vasitələrdən istifadə edildiyinə və əşyalar meydançaya atılmasına görə 79 min avro cərimələnib.

UEFA həmçinin növbəti səfər matçında “Ferentsvaroş” azarkeşlərinə bilet satışının qadağan edilməsinə qərar verib. Bundan əlavə, macarlar bir matç üçün tribunaların qismən bağlanması ilə cəzalandırılıb. Macarıstan klubunun növbəti ev oyununda “İrqçiliyə yox” pankartı asılmalıdır.

Xatırladaq ki, avqustun 3-də Bakıda “Qarabağ” və “Ferentsvaroş” arasında oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.

 

Xəbər lenti