Xəzər Xəbər

"Barselona"dan "Liverpul"un futbolçusu üçün 67 milyonluq təklif

İdman | 18:33 • 5 Avqust 2022
"Barselona"dan "Liverpul"un futbolçusu üçün 67 milyonluq təklif

"Barselona" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

"SPORTbibe" nəşri xəbər verir ki, Kataloniya təmsilçisi Liverpulun sağ cinah müdafiəçisi Trend Aleksandr-Arnoldu transfer etmək istəyir. Klub İngiltərə millisinin üzvü üçün Mersisayd təmsilçisinə 67 milyon funt sterlinq təklif etməyə hazırlaşır.

Qeyd edək ki, 23 yaşlı oyunçu 2016-cı ildən "Liverpul"un əsas komandasında çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 227 matça çıxıb, 14 qol və 60 asisstlə fərqlənməyi bacarıb. / Offsideplus.az 

Xəbər lenti