Xəzər Xəbər

Türklər uğrunda “savaş”: “İnter” Türkiyə millisinin iki ulduz futbolçusunu transfer edir

İdman | 11:48 • 4 Avqust 2022
Türklər uğrunda “savaş”: “İnter” Türkiyə millisinin iki ulduz futbolçusunu transfer edir

Müdafiə xəttini gücləndirmək üçün transfer etmək istəyən İtaliyanın “İnter” klubu Türkiyə millisinin iki ulduz müdafiəçisi Çağlar Söyüncü və Merih Demiralla danışıqlar aparır.

 

Merih Demiralı ötən il transfer edən “Atalanta” klubu onu buraxmaq istəmir. Lakin “Atalanta” Andrea Pinamontininin mübadiləsi qarşılığında Demiralı qarşı tərəfə verməyə razıdır.

İtaliya mətbuatı yazır ki, tərəflər mübadilənin detallarını müzakirə edir. Çağlar Söyüncü transferi üçün isə “Çelsi”nin də səy göstərdiyi irəli sürülür. “Lester siti” yüksək təklif qarşılığında Söyüncünü buraxmağa hazırdır./Metbuat.az 

Xəbər lenti