Xəzər Xəbər

Türkiyə millisinin ulduz futbolçusu "Çelsi"yə keçir: Gözlənilməz transfer

İdman | 13:45 • 3 Avqust 2022
Türkiyə millisinin ulduz futbolçusu "Çelsi"yə keçir: Gözlənilməz transfer

Türkiyə milli komandasının müdafiəçisi Çağlar Söyüncü “Çelsi” klubuna transfer olacaq.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir. Məlumata görə, Söyüncü “Lester siti” dən ayrılıb daha iddialı komandaya transfer olmaq istəyir. “Express” qəzetinin məlumatına görə, əvvəl Söyüncü üçün böyük transfer məbləği tələb edən “Lester siti” indi daha az məbləğə razı olacaq. Çünki müdafiəçinin müqaviləsinin yekunlaşmasına 1 il qalıb.

Bildirilir ki, Jyol Kundenin “Barselona”ya transferindən sonra “Çelsi” Söyüncünü əsas transfer hədəfi kimi seçib./Metbuat.az 

Xəbər lenti