Xəzər Xəbər

İbrahimoviç "Milan"a yeni müqavilə göndərdi - Detallar

İdman | 15:01 • 1 İyul 2022
İbrahimoviç "Milan"a yeni müqavilə göndərdi - Detallar

Zlatan İbrahimoviç gələcəyi ilə bağlı verdiyi qərarı ilə "Milan" klubunun rəhbərliyini və komanda yoldaşlarını yaxşı mənada təəccübləndirib.

AS xəbər verir ki, may ayında keçirdiyi diz əməliyyatından sonra hazırda bərpa dövrü keçən isveçli hücumçu klub rəhbərliyinə sürpriz təklif göndərib.

O, birtərəfli qaydada imza ataraq Paolo Maldini və Frederik Massaraya göndərdiyi yeni müqavilədə yanvara qədər anlaşma üçün rəhbərlikdən simvolik məbləğ - 100 min avro istəyib. 

Mənbə İbrahimoviçin bununla özünü klubun oyunçusu kimi hiss etmək istədiyini vurğulayıb. Həmçinin, o, "Milan"ın idman mərkəzi olan Milanelloda zədəsini müalicə etməyə çalışır. 40 yaşlı forvard yaşıl meydana mümkün qədər tez qayıtmağa can atır./Fanat.Az 

Xəbər lenti