Xəzər Xəbər

Günün transfer xəbərləri: Asllani "Real Madrid"i "Milan"a dəyişdi

İdman | 13:40 • 1 İyul 2022
Günün transfer xəbərləri:  Asllani "Real Madrid"i "Milan"a dəyişdi

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Canluka Di Martsio, insayder: "Paolo Maldini və Frederik Massara "Milan"la müqavilələrinin müddətini 2023/24-cü illər mövsümünün sonuna qədər uzadıblar".

"Luiş Nani Avstraliyanın "Melburn Viktori" klubuna qoşulmağa yaxındır. Azad agent statusu daşıyan Naninin son klubu "Venesiya" olub".

"Roma" və "Lill" türk müdafiəçi Zeki Çelikin transferini 7 milyon avro qarşılığında razılaşdırıblar. Romalıların növbəti hədəfi “Sassuolo”nun futbolçusu Davide Frattesidir".

"Atletiko Madrid"in rəsmi saytı: "Sime Vrsalko "Atletiko Madrid"dən ayrılıb. Xorvatiyalı futbolçu 2016-cı ildən klubda çıxış edirdi".

Mayk Veruey, "De Telegraaf"ın jurnalisti: "Ayaks" "AZ Alkmar"ın müdafiəçisi Ouen Viyndalı 10 milyon avroya transfer edəcək. Futbolçu ilə 5 illik müqavilə imzalanacaq".

Baş tutmuş transfer xəbərlər:

22 yaşlı yarımmüdafiəçi Vitinyu "Portu"dan PSJ-yə keçib. Transfer məbləği 40 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

18 yaşlı cinah oyunçusu Savio “Atletiko Mineyro”dan “Troya”ya keçib. Transfer məbləği 6,5 milyon avro təşkil edib.

"Hellas Verona" 20 yaşlı Matteo Kansellerini 2022/23 mövsümünün sonunadək "Latsio"ya icarəyə verib.

19 yaşlı müdafiəçi İsaak Ture "Havr"dan "Marsel"ə keçib. Transfer məbləği 5,5 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

21 yaşlı müdafiəçi Andrea Karboni "Kalyari"dən "Montsa"ya keçib. Transfer məbləği 4,5 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

26 yaşlı amerikalı hücumçu Cordan Sibaço "Yanq Boyz"dan "Union"a keçib. Transfer məbləği 6 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Kosovro Asllani "Real Madrid"dən "Milan"a keçib. Xanım futbolçu ilə İki illik müqavilə imzalanıb. İsveçli hücumçu "Mançester Siti" və PSJ-də də çıxış edib.

"Empoli"nin 20 yaşlı yarımmüdafiəçisi Kristyan Asllani 4 milyon avroya "İnter"ə  icarəyə verilib./fanat.az

Xəbər lenti