Xəzər Xəbər

İspaniya çalxalanır: Ramosun səs yazısı yayıldı

İdman | 12:54 • 30 İyun 2022
İspaniya çalxalanır: Ramosun səs yazısı yayıldı

İspaniya mətbuatı PSJ-nin müdafiəçisi Serxio Ramosun şok səs yazısını yayıb.

"El Confidencial" xəbər verir ki, ulduz futbolçu "Real Madrid"də çıxış edən vaxt İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesə zəng vuraraq ondan "Qızıl top"u alması üçün kömək göstərməyi xahiş edib.

 

Səmimi münasibətləri olan ikili arasındakı mesajlar 2020-ci ilin iyul ayına təsadüf edir.

Serxio Ramos: "Rubi, axşamınız xeyir. Ümid edirəm ki, siz və bütün ailəniz yaxşısınız. Bilirsiniz ki, mən sizdən heç vaxt heç nə istəməmişəm, amma bu gün bunu etmək istəyirəm. Çünki əldə etdiyim nəticələrə görə xüsusi bir ildir. Mənə hansısa şəkildə kömək etməyinizi, UEFA-da bir neçə düyməni sıxmağınızı və "Qızıl top" üçün əlaqələrinizi işə salmağınızı istəyirəm. Sizə ömrüm boyu minnətdar olaram. Bunu təkcə özüm üçün yox, həm də İspaniya futbolu üçün istəyirəm. Biz buna layiqik".

Luis Rubiales: "Salam, Serxio. İlk öncə sizi təbrik edirəm, bu il mükafatı qazanmaq üçün çox yaxşı bir il olduğunu düşünürəm. Təbii ki, "Qızıl top" mənim mənim deyil. Amma onu almağın üçün sizə istənilən şəkildə kömək edə bilərəm".

Serxio Ramos: "Bilirəm ki, bu, sizdən asılı deyil, amma əlaqələr də vacibdir. İnfantino "Ən yaxşı" mükafatını FİFA-ya verir, bu da çox vacibdir və qazanmaq əla olardı. Hər halda, köməyinizə ümid edirəm".

Qeyd edək ki, 2020-ci ildə “Qızıl top” koronavirus pandemiyası səbəbindən heç kimə verilməyib. FİFA-nın “Ən yaxşı oyunçu” mükafatını isə Kriştianu Ronalduyla Lionel Messini qabaqlayan Robert Levandovski qazanıb./fanat.az

Xəbər lenti