Xəzər Xəbər

Yeni klubu Di Mariyanın transferini gələn həftə açıqlayacaq - Maaşı bəllidir

İdman | 15:40 • 29 İyun 2022
Yeni klubu Di Mariyanın transferini gələn həftə açıqlayacaq - Maaşı bəllidir

Bu yay PSJ-dən ayrılan 34 yaşlı Anxel Di Mariyanın yeni klubu onun transferini gələn həftə açıqlayacaq.

İnformasiyanı italiyalı insayder Canluka Di Martsio yayıb. 

Mənbə argentinalı hücumçunun "Yuventus"la bütün müqavilə şərtləri razılaşdırdığını vurğulayıb. Di Mariyanın Turin təmsilçisi ilə 1 illik anlaşma imzalayacağı və Massimiliano Alleqrinin rəhbərliyi altında çıxış edəcəyi mövsüm üçün 6 milyon avro maaş alacağını bildirib./Fanat.Az

Xəbər lenti