Xəzər Xəbər

"Neftçi" Türkiyə toplanışının vaxtını açıqladı

İdman | 14:34 • 29 İyun 2022
"Neftçi" Türkiyə toplanışının vaxtını açıqladı

"Neftçi" 2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, bu haqda klubun rəsmi saytında bildirilib.

Qeyd edilib ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq.

Ayın 1-də səfərə yollanacaq komanda üzvləri "The Sign Esentepe Hotel & Ski Center" otelində məskunlaşacaqlar. "Ağ-qaralar" orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər haqqında daha sonra ətraflı məlumat veriləcək.

Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan paytaxt təmsilçisi məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.

Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i səfərdə olacaq. "AEK Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab matçı1 həftə sonra Bakıda baş tutacaq. “Bakcell Arena”daki qarşılaşma saat 21:00-da start götürəcək.

Xəbər lenti