Xəzər Xəbər

"Real Madrid"in vingeri hansı top-klubu seçəcək?

İdman | 15:49 • 28 İyun 2022
"Real Madrid"in vingeri hansı top-klubu seçəcək?

"Real Madrid"in yarımmüdafiəçsi Marko Asensio klubunu tərk etməyə yaxındır.

Madrid təmsilçisinin bu futbolçusu ilə bağlı son məlumatları "Sport.es" yayıb.

Mənbə "Mançester Yunayted", Liverpul", "Milan" kimi klubların istədiyi Asensio uğrunda mübarizəyə "Çelsi"nin də qoşulduğunu açıqlayıb. Xəbərə görə, "Real" 26 yaşlı ispan vingeri 40 milyon avroya satmağa hazırdır. Markonun özünün isə müştərilərinin arasından onun tələb etdiyi maaşı ödəyəcək və əsas heyətdə yer verəcək klubu seçəcəyi vurğulanıb.

Asensio "Real"a 2015-ci ildə "Malyorka"dan transfer olunub. Son mövsümdə madridlilərin formasıyla ümumilikdə 42 matça çıxan İspaniya millisinin üzvü 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Markonun paytaxt klubu ilə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq./Fanat.Az 

Xəbər lenti