Xəzər Xəbər

"Real Madrid"in forvardı İstanbul nəhənginə keçir? - Maaşı açıqlandı

İdman | 13:51 • 28 İyun 2022
"Real Madrid"in forvardı İstanbul nəhənginə keçir? - Maaşı açıqlandı

"Real Madrid"in hücumçusu karyerasını Türkiyədə davam etdirə bilər.

İnformasiyanı AS yayıb.

Mənbə "Fənərbağça"nın "Real"ın forvardı Mariano Diasa elçi düşdüyünü açıqlayıb.

Xəbərə görə, İstanbul klubu İspaniya təmsilçisinin futbolçusuna ikinci dəfə təklif göndərib. İlkin təklif zamanı Diasa illik 4 milyon avro əməkhaqqı ödəməyə hazır olduğunu bildirən türklərin istəyinə çatmadığı, ardından daha yaxşı şərtlərlə futbolçunun agentini aradıqları vurğulanıb. Mənbə hazırda "Fənərbağça"nın dominikanlı futbolçuya illik 5 milyon məvacib ödəməyə hazır olduğunu və Marianodan cavab gözlədiyini bildirib.

 

Qeyd edək ki, hücum xəttindəki güclü rəqabətə tab gətirə bilməyən Dias son mövsümdə "Real" forması ilə ümumilikdə 11 matça çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub./Fanat.Az

Xəbər lenti